Azərbaycan Respublikasının Energetika Nazirliyi “Bioenerjidən istifadə imkanlarının genişləndirilməsi üzrə pilot layihələrin müəyyənləşdirilməsi üçün məsləhətçi şirkətin cəlb edilməsinə dair” keçirilən təkliflər sorğusuna dəvət edir.
Renewables.az-ın məlumatına görə, müqaviləni yerinə yetirmək üçün müsabiqə iştirakçıları lazımi texniki, maliyyə imkanlara və təcrübəyə malik olmalıdırlar.
İddiaçılar təkliflər sorğusunda iştirak etmək üçün tələb olunan sənədləri (təklif və bank təminatı da daxil olmaqla) 23 noyabr 2023-cü il Bakı vaxtı ilə saat 17:00-a qədər (təklif zərflərinin açılmasına 1 (bir) bank günü qalmış) imzalanmış və möhürlənmiş şəkildə ikiqat zərflərdə satınalan təşkilata təqdim etməlidirlər.
İddiaçıların təklifləri 24 noyabr 2023-cü il tarixində Bakı vaxtı ilə saat 17:00-da Bakı şəhəri, Ü. Hacıbəyli 84, Hökumət Evi, qapı 5, mərtəbə 9, otaq 948 ünvanında açılacaqdır.
Maraqlanan təşkilatlar aşağıdakı telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər:
Əlaqələndirici şəxs: Leyla Adıgözəlbəyova
Əlaqə nömrəsi: +(99412) 598 16 53/54 (daxili 1034)
Faks: +(99412) 598 16 78
Əlaqələndirici şəxsin e-maili: leyla.adigozelbeyova@minenergy.gov.az
Satınalan təşkilatın ünvanı: AZ1000, Bakı şəhəri, Ü. Hacıbəyli 84, Hökumət Evi, qapı 5.
Rəylər (0):