Azərbaycanda elektrik enerjisi istehsalı artıb

image

2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanda 17 milyard 976,8 milyon kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 2,9 % çoxdur.

"Berpaolunanenerji.az" Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, istehsal edilən əmtəəlik elektrik enerji istehsalı 17 milyard 384,6 milyon kVt-saat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 2,7 % çoxdur.

Qeyd edilir ki, külək elektrik stansiyaları 25 mln. kVt-saat elektrik enerjisi istehsal edib ki, bu ötən ilin müvafiq dövrünə nisbətən 56,3 % azdır.

Günəş elektrik stansiyaları isə 43,4 mln. kVt-saat elektrik enerjisi istehsal edib ki, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 16 % çoxdur.

Su elektrik stansiyalarının istehsalı 1 291,0 milyon kVt-saat təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 36,9 % çoxdur.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *