Azərbaycanda elektrik enerjisi istehsalı artıb

image

2023-cü ilin yanvar-avqust aylarında ölkədə elektrik enerjisi istehsalı 18 milyard 124,7 milyon kVt-saat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz çoxdur.

Renewables.az bu barədə Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir. 

Hesabat dövründə əmtəəlik elektrik enerjisi istehsalı 17 milyard 508,2 milyon kVt-saat təşkil edib və bu da 0,7 faiz çoxdur.

Hesabat dövründə su elektrik stansiyalarının enerji istehsalı 1 milyard 260,9 milyon kVt-saat (2,4 faiz az), külək elektrik stansiyalarının enerji istehsalı 41,4 milyon kVt-saat (65,6 faiz çox), günəş elektrik stansiyalarının enerji istehsalı 46,5 milyon kVt-saat (7,1 faiz çox) təşkil edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *