Azərbaycanda 2030-cu ilədək inkişaf strategiyasına uyğun olaraq enerji səmərəliliyinin yüksəldilməsinə yönəlmiş "yaşıl" layihələrin reallaşdırılması nəzərdə tutulur.
"Berpaolunanenerji.az"ın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda keçirilən 27-ci Enerji Forumunda deyib.
Onun sözlərinə görə, alternativ enerji mənbələrinin istifadəsi prioritetdir.
"Alternativ enerji sahəsində həllərin tətbiqi iqlim dəyişikliklərinin qarşısının alınması üzrə beynəlxalq proqram çərçivəsində reallaşdırılır. Bizdə həm də tullantıların təkrar emalı və təkrar istifadəsi üzrə layihələr də həyata keçirilir", - nazir deyib.
O əlavə edib ki, Qarabağda bölgənin "yaşıl" zonaya çevrilməsi üzrə layihələr reallaşdırılır.
Rəylər (0):