2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 21245,7 milyon kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 7,2 % çoxdur.
"Berpaolunanenerji.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, su və günəş elektrik stansiyalarının enerji istehsalı artıb, külək elektrik stansiyaların enerji istehsalı isə azalıb.
Hesabat dövründə su elektrik stansiyaların enerji istehsalı 1081,5 milyon kVt-saat (17,2 % artım), günəş elektrik stansiyaların enerji istehsalı 47,7 milyon kVt-saat (15,8 % artım), külək elektrik stansiyalarının enerji istehsalı isə 75,6 milyon kVt-saat (6,3 % azalma) təşkil edib.
Rəylər (0):