Azərbaycanda oktyabr ayında elektrik enerjisi istehsalı artıb

image

2021-ci ilin yanvar-oktyabr ayları üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən, oktyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 mlrd. 168,8 mln. kVt-saat, ixracı 125,8 mln. kVt-saat, idxalı 10,3 mln. kVt·st olub.

"Berpaolunanenerji.az" xəbər verir ki, bu barədə Energetika Nazirliyinin elektrik enerjisinə dair operativ məlumatında deyilir.

Məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə oktyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 273,1 mln. kVt-saat, ixrac 66,0 mln. kVt-saat artıb, idxal isə 0,4 mln. kVt-saat azalıb.

Cari ilin yanvar-oktyabr aylarında isə respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 mlrd. 554,4 mln. kVt-saat artaraq 22 mlrd. 855,8 mln. kVt-saat olub.



 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *