Azərbaycanda sərbəst istehlakçılar üçün illik elektrik enerjisi sərfiyyatının həddi müəyyənləşib

image

Nazirlər Kabineti sərbəst istehlakçılar üçün illik elektrik enerjisi sərfiyyatının həddini müəyyən edib.

Renewables.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, sərbəst istehlakçılar üçün illik elektrik enerjisi sərfiyyatının həddi 5 milyon kilovat-saat və ondan yuxarı müəyyən edilib.

Qərar 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *