Azərbaycanda SES-lərin istehsalı 72 faiz artıb

image

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın su elektrik stansiyalarının (SES) elektrik enerjisi istehsalı 794,6 milyon kVt-saat təşkil edib.

Renewables.az elektrik enerjisinə dair operativ məlumatlara əsasən xəbər verir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 332,6 mln. kVt-saat və ya 72 faiz çoxdur. 

Hesabat dövründə "Azərenerji" ASC üzrə SES-lərdə 745,8 milyon kVt-saat, Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə SES-lərdə 44 milyon kVt-saat elektrik enerjisi istehsal edilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *