Bu ilin birinci yarımilində Azərbaycanın su elektrik stansiyalarının (SES) elektrik enerjisi istehsalı 1 mlrd. 581,1 mln. kVt-saat təşkil edib.
Renewables.az elektrik enerjisinə dair operativ məlumatlara əsasən xəbər verir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 690,1 mln. kVt-saat və ya 77 faiz çoxdur.
Hesabat dövründə "Azərenerji" ASC üzrə SES-lərdə 1 mlrd. 466,8 mln. kVt-saat, Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə SES-lərdə 105,5 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.
Rəylər (0):