Azərbaycanda su da daxil olmaqla bərpaolunan enerji istehsalı artıb

image

Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, 2022-ci ilin yanvar-iyul aylarında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 420,0 mln. kVt-saat, yəni 2,6 % artaraq 16 278,1 mln. kVt-saat olub.

Bu barədə "Berpaolunanenerji.az" Energetika Nazirliyinə istinadən xəbər verir.

Hesabat dövründə ötən ilin 7 ayına nisbətən elektrik enerjisinin istehsalı SES-lərdə 286,5 mln. kVt-saat artaraq 1163,9 mln. kVt-saat, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 8,4 mln. kVt-saat artaraq 221,2 mln. kVt-saat olub.

Külək elektrik stansiyalarında 54,0 mln. kVt-saat, günəş elektrik stansiyalarında 37,5 mln. kVt-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTZ) isə 129,7 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.

7 ayda elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 14 653,6 mln. kVt-saat (SES-lərdə 1075,6 mln. kVt-saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 268,8 mln.kVt-saat (SES-lərdə 77,8 mln. kVt-saat, GES-də 34,5 mln. kVt-saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 39,06 mln. kVt-saat, müstəqil elektrik stansiyaları üzrə 1316,64 mln. kVt-saat təşkil edib.

2022-ci ilin yanvar-iyul ayları üzrə elektrik enerjisinin ixracı 1037,7 mln. kVt-saat, idxalı isə 83,5 mln. kVt-saat olub.

2022-ci ilin iyul ayında Azərbaycanda ümumi elektrik enerjisinin istehsalı 2751,3 mln. kVt-saat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın 110,7 mln. kVt-saat, yaxud 4,2 % artması deməkdir.

İyul ayında elektrik enerjisinin idxalı 12,4 mln. kVt-saat olmaqla 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,2 mln. kVt-saat, ixrac isə 374,2 mln. kVt-saat olmaqla ötən ilin müvafiq dövrünə nisbətən 221,5 mln. kVt-saat artıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *