Azərbaycanda su elektrik stansiyalarının istehsalı artıb

image

Bu ilin 8 ayında Azərbaycanın su elektrik stansiyalarının (SES) elektrik enerjisi istehsalı 2 mlrd. 138,4 mln. kVt-saat təşkil edib.

Renewables.az elektrik enerjisinə dair operativ məlumatlara əsasən xəbər verir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 856,4 mln. kVt-saat və ya 66,8 faiz çoxdur. 

Hesabat dövründə "Azərenerji" ASC üzrə SES-lərdə 1 mlrd. 986 mln. kVt-saat (789,9 mln. kVt-saat və ya 66 faiz artım), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə SES-lərdə 139,7 mln. kVt-saat (64,1 mln. kVt-saat və ya 84,8 faiz artım) elektrik enerjisi istehsal edilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *