Azərbaycanda ümumi enerji istehsalında bərpaolunan enerjinin payı 2025-ci ildə 24 %-ə çatdırılacaq

image

"Bərpa olunan enerji layihələrinin gələn il hərraca çıxarılması və Xəzər dənizinin külək potensialından istifadəsi ilə bağlı planlarımız "yaşıl" enerjinin təmin olunması üçün fürsətdir".

"Berpaolunanenerji.az"ın məlumatına görə, bunu "Azərbaycanın inkişaf modeli: Dünən, bu gün və sabah" mövzusunda Bakıda keçirilən konfransda çıxış edən energetika naziri Pərviz Şahbazov deyib.

Onun sözlərinə görə, hazırda ölkədə "yaşıl" enerji sahəsinin inkişafı sahəsində böyük işlər aparılır və bununla bağlı geniş planlar mövcuddur. Azad olunmuş ərazilərdə də xarici investisiya hesabına bərpaolunan enerji ilə bağlı layihələrin həyata keçirilməsi əsas hədəfdir: "Hazırlanmış "yaşıl" enerji konsepsiyasına əsasən, xarici investisiya qoyuluşu ilə Kəlbəcər və Laçında 100 meqavat gücündə külək elektrik stansiyasının tikilməsi planlaşdırılır. Azərbaycanın enerji kursu qlobal çağırışlara uyğun şəkildə həyata keçirilir. Hədəfimiz ölkəmizin ümumi enerji istehsalında bərpaolunan enerji payını hazırkı 17 %-dən 2025-ci ildə 24 %-ə, 2030-cu ildə isə 30 %-ə çatdırmaqdır. Bu məqsədlə 1 500 MVt-lıq istehsal güclərinin yaradılması nəzərdə tutulub".


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *