Azərbaycanda yaşıl enerji layihələrini maliyyəçilərlə əlaqələndirmək üçün beynəlxalq platforma yaradılacaq

image

Azərbaycanın rəhbərliyi ilə CAREC enerji cəmiyyəti yaşıl enerji üzrə CAREC Yaşıl Enerji İttifaqının konsepsiyasının işlənib hazırlanmasına başlayıb.

"Berpaolunanenerji.az"ın məlumatına görə, bunu Asiya İnkişaf Bankının vitse-prezidenti Shixin Chen bildirib.

O qeyd edib ki, 2021-ci ildə Azərbaycanın Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramına (CAREC) sədrliyi digər məsələlərlə yanaşı, regionda enerji səmərəliliyi üzrə ilk regional maarifləndirmə kampaniyasına uğurla start verib: “Azərbaycanın rəhbərliyi ilə CAREC enerji cəmiyyəti də yaşıl enerji üzrə CAREC Yaşıl Enerji İttifaqının konsepsiyasının işlənib hazırlanmasına başlayıb. Bu İttifaq tezliklə investisiyalara hazır olan yaşıl layihələri müvafiq maliyyəçilərlə əlaqələndirmək üçün platforma yaradacaqdır”.

Onun sözlərinə görə, enerji səmərəliliyindəki qlobal tərəqqi son on il ərzində zəifləyərək, dünyada, təxminən, 1%-ə qədər olub. Növbəti 10 il ərzində CAREC regionunda təkcə enerji infrastrukturuna, təxminən, 400 milyard dollar sərmayə qoyulmalıdır.

Asiya İnkişaf Bankının baş direktoru Suzanne Gaboury isə Enerji İnvestisiya Forumunun CAREC regionuna özəl investisiyaların cəlbini sürətləndirəcəyinə inamını ifadə edib: “Enerji səmərəliliyinin digər təmiz texnologiyaların tətbiqindən açıq şəkildə geri qaldığını müşahidə edirik. Enerji səmərəliliyinə cari qlobal investisiyalar ildə, təxminən, 240 milyard dollar təşkil edir və bərpaolunan enerji sahəsinə qoyulan investisiyalardan xeyli geri qalır. Enerji səmərəliliyi yalnız energetika sektorunu əhatə etmir, enerji səmərəliliyinin demək olar ki, iqtisadiyyatın bütün sahələri ilə əlaqəsi var, o cümlədən nəqliyyat, binalar və sənaye də bu sahələrə aiddir. Ona görə də bu prosesdə sərmayələr vacibdir”, - S.Gaboury deyib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *