Azərbaycanın azad olunmuş ərazilərində bir neçə bərpaolunan enerji növü var

image

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 3-5 növdə bərpaolunan enerji mənbələri var ki, bunlar hidro, geotermal, günəş, külək və bioenerji potensialıdır.

"Berpaolunanenerji.az"ın məlumatına görə, bunu Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayev UNEC İqtisadi Forumunun panel müzakirələri zamanı deyib.

"Azərbaycanın daxili su ehtiyatlarının bir hissəsi işğaldan azad edilmiş ərazilərdə formalaşıb. Tərtərçay, Həkəri çay və onların qolları yüksək hidroenerji potensialına malikdir", - deyə o bildirib.

T.Əmmayev, həmçinin qeyd edib ki, 110-dan çox evi elektrik enerjisi ilə təmin edə biləcək elektrik stansiyasının tikintisi aparılır.

"Bundan başqa, Suqovuşanda və digər ərazilərdə kiçik elektrik stansiyaları istismara verilib. İlkin qiymətləndirmələrə əsasən, günəş panelləri vasitəsilə 7,2 min min meqavatt enerji istehsal etmək mümkün olacaq. Külək stansiyalarının potensialı isə göstərir ki, 100 meqavatddan çox enerji istehsalı mümkündür", - T.Əmmayev deyib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *