Azərbaycanın bərpa olunan enerji mənbələrinin potensialının atlası işlənib, informasiya sistemi yaradılıb

image

Bərpa olunan enerji sahəsində qanunvericilik bazasının yaradılması üzrə də xeyli müsbət addımlar atılıb.

"Berpaolunanenerji.az" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov 20 oktyabr - Energetiklər Günü münasibətilə rəsmi mətbuatda dərc edilmiş məqaləsində bildirib.

Nazirin sözlərinə görə, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq “Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi qaydaları”, “Bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin Əsasnaməsi”, “Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi  Qaydaları”, “Bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikatın verilməsi qaydası və forması” layihələri hazırlanıb. Bu çərçivədə ölkənin bərpa olunan enerji mənbələrinin potensialının atlası işlənib, informasiya sistemi yaradılıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *