Azərbaycanla BƏƏ bərpa olunan enerji üzrə yeni investisiya layihələrini müzakirə edib.
“Berpaolunanenerji.az” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov tviter hesabında yazıb.
“BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri, Abu-Dabi Milli Neft Şirkətinin idarəedici direktoru, “Masdar” şirkətinin sədri Sultan Əhməd Əl Caber ilə bərpa olunan enerji üzrə yeni investisiya layihələrinə dair səmərəli müzakirələr apardıq”, - nazir qeyd edib.
Rəylər (0):