Azərbaycanla Çexiya arasında enerji əməkdaşlığı müzakirə edilib

image

Energetika naziri Pərviz Şahbazov Çexiya Respublikasının Azərbaycandakı səfiri Milan Ekerti səlahiyyət müddətinin bitməsi ilə əlaqədar qəbul edib. 

"Berpaolunanenerji.az" Nazirliyə istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında enerji əməkdaşlığı, o cümlədən Azərbaycanın Energetika Nazirliyi ilə Çexiyanın Sənaye və Ticarət Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında imzalanmış Sazişdən irəli gələn, həmçinin birgə İşçi Qrupun yaradılması və onun ilk iclasının keçirilməsi kimi məsələlər müzakirə edilib. 

Nazir Azərbaycanda səlahiyyət müddəti başa çatan səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb, səfir isə bundan sonra da iki ölkə arasında enerji əlaqələrinin genişlənəcəyinə əminliyini ifadə edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *