2022-ci ilin may ayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Azərbaycan-Türkiyə-Avropa Ölkələrarası Enerji Layihəsi çərçivəsində təməli qoyulan 330 kilovoltluq Cəbrayıl Qovşaq yarımstaniyasında işlər yekunlamaq mərhələsinə daxil olub.
"Renewables.az" "Report"a istinadən xəbər verir ki, bunu "Azərenerji"nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Teymur Abdullayev bildirib.
Onun sözlərinə görə, 9 ay keçməsinə baxmayaraq Qarabağ və Şərqi Zəngəzurda tikilən ən böyük 330 kilovoltluq Cəbrayıl Qovşaq yarımstansiyasında “Azərenerji” tərəfindən böyük həcmdə torpaq, tikinti, quraşdırma işləri olmaqla yeraltı kommunikasiyalar üçün kanallar inşa edilib, 330 və 110 kV-luq Açıq Paylayıcı qurğular, Rəqmsal İdarəetmə Mərkəzi tikilib: "Beləliklə, az müddətdə çox böyük işlər həyata keçirilib və beləliklə işlərin 80 %-dən çoxu görülüb. İşlərin may ayına qədər başa çatdırılması nəzərdə tutulub".
T. Abdullayev bildirib ki, paralel olaraq Ağcabədi yarımstansiyasından Cəbrayıla 132 km məsafədə ikidövrəli olmaqla 330 kilovoltluq ötürmə xəttinin çəkilməsi işləri həyata keçirilib və işlərin böyük hissəsi görülüb: "Eyni zamanda Cəbrayıl Enerji Qovşağını qidalandıracaq əsas yarımstansiyalardan biri olan 330 kilovoltluq “Ağcabədi” yarımstansiyasının tam yenidən qurulmasına başlanılıb və burada da işlər tamamlanmaqdadır.
Həmçinin “Azərenerji” tərəfindən işğaldan azad edilən ərazilərdə tikilən 110 kilovoltluq yarımstansiyaları əlavə mənbədən qidalandırmaq üçün 330 kilovoltluq Cəbrayıl Qovşaq Yarımstansiyası ilə 110 kilovoltluq Qubadlı yarımstaniyası arasında 12 km məsafədə 110 kilovoltluq ötürmə xəttinin çəkilməsi prosesi də yekunlaşmaqdadır".
Rəylər (0):