Cari ilin yanvar ayında "Azərenerji" ASC üzrə su elektrik stansiyalarında (SES) elektrik enerjisi istehsalı azalıb.
"Renewables.az" Energetika Nazirliyinin açıqladığı operativ məlumatlara istinadən xəbər verir ki, SES-lərdə 63,5 mln. kVt-saat enerji istehsal edilib.
Qeyd edək ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,8 mln. kVt-saat və ya 18 faizə yaxın azdır.
Rəylər (0):