"Azərenerji"nin su elektrik stansiyalarında elektrik enerjisi istehsalı artıb

image

Cari ilin yanvar-fevral aylarında "Azərenerji" ASC üzrə elektrik stansiyalarında elektrik enerjisi istehsalı azalıb.

Renewables.az Energetika Nazirliyinin yaydığı operativ məlumatlara istinadən xəbər verir ki, ASC-nin su elektrik stansiyalarında 257,9 milyon kVt-saat enerji istehsal edilib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 143,2 mln. kVt-saat və ya 2,2 dəfə çoxdur.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanda su elektrik stansiyalarının elektrik enerjisi istehsalı 268,3 milyon kVt-saat təşkil edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *