AzTU-da "Siemens Energy" şirkətinin rəsmisi ilə görüş keçirilib

image

Almaniyanın “Siemens Energy” şirkətinin Elm və təhsil departamentinin rəhbəri Yaşar Musayev, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Kamran Hüseynov və şöbə müdiri Rəna Hümbətova, Almaniyanın Azərbaycandakı səfirliyinin əməkdaşı Heike Schvarz və bir sıra alman şirkətlərinin nümayəndələri AzTU-da olub.

Renewables.az AzTU-ya istinadla xəbər verir ki, qonaqlar rektor Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüblər.

Görüş zamanı “Siemens” şirkətinin AzTU-da yaşıl enerji texnologiyaları üzrə laboratoriyanın qurulmasında dəstək imkanları müzakirə olunub.

Bundan başqa, birgə konfransların keçirilməsi, Almaniyanın bərpa olunan enerji mənbələri üzrə fəaliyyət göstərən müəssisələri ilə AzTU arasında elmi-texniki əlaqələrin qurulması haqqında fikir mübadiləsi aparılıb. 


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *