Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işini panel iclasları ilə davam etdirir.
"Renewables.az"ın “Report”a istinadən verdiyi xəbərə görə, Forum çərçivəsində “Avrasiya zonasında yeni enerji və nəqliyyat dəhlizlərinin rolu” mövzusunda növbəti panel iclası keçirilib.
2010-2012-ci illərdə Gürcüstanın Baş nazirinin müavini Eka Tkeşelaşvilinin moderatorluğu ilə keçirilən panel iclasında Azərbaycanın energetika naziri Pərviz Şahbazov, "Fortescue Metals" və Fortescue Future Industries" şirkətlərinin direktorlar şurası; Quldarlığın Müasir Formalarının Aradan Qaldırılması üzrə Qlobal Fondun Şura sədri, "ExxonMobil" şirkətinin keçmiş vitse-prezidenti Cin Baderşnayder, 2008, 2015-2017-ci illərdə Rumıniyanın xarici işlər naziri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Daimi Beynəlxalq Katibliyinin (PERMİS) Baş katibi Lazar Komanesku, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, 2014-2015-ci illərdə Qırğızıstanın Baş naziri Coomart Otorbayev, Tacikistan Respublikasının nəqliyyat naziri Azim Ibrohim, 2018-2019-cu illərdə Rumıniyanın Baş nazirinin müavini; Rumıniya parlamentinin üzvü Ana Birçall, ATƏT-in fəaliyyətdə olan sədrinin uzun sürən münaqişələr üzrə xüsusi nümayəndəsi; Şanxay Əməkdaşlıq Təşkilatının 2007-2009-cu illərdə baş katibi Bolat Nurqaliyev çıxış ediblər.
Panel iclasında çıxış edən energetika naziri Pərviz Şahbazov deyib ki, Azərbaycan yeni enerji dəhlizlərini qurmağa çalışır:
“Bu layihələrin icrası üçün lazımi şəraiti yaratmağa çalışırıq”.
Onun sözlərinə görə, İpək yolu marşrutu bağlandıqda bu, artıq iqtisadiyyatlara təsir göstərdi və onlar zəiflədi:
“Bugünkü vəziyyət o vaxtdan heç də fərqlənmir. Azərbaycanın məqsədi təhlükəsiz enerji resurslarını bölgəmiz və digər ölkələr üçün təmin etməkdir. Bizim bir neçə layihələrimiz var. Onlar partyonlarımızla birgə icra ediləcək”.
“Fortescue Metals” və “Fortescue Future Industries” şirkətlərinin Direktorlar Şurasının sədri xanım Cin Baderşnayder qeyd edib ki, Azərbaycan kiçik ölkə olmasına baxmayaraq, enerji təhlükəsizliyinə böyük töhfələr verir. C.Baderşnayder ölkəmizin bu sahədə böyük imkanlarının, o cümlədən ixrac üçün kifayət qədər potensialının olduğunu vurğulayaraq deyib: “Azərbaycan enerji təhlükəsizliyi sahəsində böyük uğurlar əldə edir və Avropada xüsusi hörmətə malikdir. Bu ölkədə külək enerjisi əldə edilir, hətta termal stansiyalar var. Azərbaycanın enerji sahəsində uğurlarının daha çox olacağına inanıram. Azərbaycan investisiya üçün əlverişli ölkələrdən biridir”.
Daha sonra çıxış edən Bolqarıstanın keçmiş xarici işlər naziri Ekaterina Zaharieva isə Azərbaycanın gələcək planlarını öyrənməyin lazım olduğunu söyləyib:
“Çünki Azərbaycan təkcə qaz və neftə sərmayə qoymur. Onlar bərpaolunan enerjiyə də böyük sərmayə qoyur. Azərbaycanla Bolqarıstan arasında strateji tərəfdaşlıq gözəl nəticələr verir”.
Panel iclası çıxışlarla davam etdirilib.
Rəylər (0):