Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ikinci fazasında elektrik və digər "yaşıl" enerji növləri ilə işləyən avadanlıqlardan istifadə gündəmdədir.
Renewables.az-ın məlumatına görə, bunu “Report”a açıqlamasında “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Əməliyyatlar departamentinin müdiri Yucin Si (Eugene Seah) deyib.
"İkinci fazada texnoloji cəhətdən səmərəli innovasiyalardan istifadə edilməsi nəzərdə tutulub. Hazırda kranlar elektriklə işləyir. Yaxın gələcəkdə isə çəngəlli yükqaldırıcı maşınlar, konteyner yükləyicilər və digər bir sıra avadanlıqların elektriklə işləməsi nəzərdə tutulur. Bu, atmosferdə karbonun azaldılması səylərinə “yaşıl” töhfə verəcək”, - deyə Y. Si bildirib.
Rəylər (0):