Balakən çayının üzərində tikilmiş “Balakən” Kiçik Su Elektrik Stansiyası (KSES) 2014-cü ildən istismara verilib.
Renewables.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, hər birinin gücü 0,48 MVt olan üç hidroaqreqatdan ibarət stansiyanın ümumi gücü 1,44 MVt-dır.
“Balakən” KSES-də istismar edildiyi tarixdən bu günədək ümumilikdə 24,6 milyon kVt-saat elektrik enerjisi istehsal edilib.
Rəylər (0):