Baş icraçı direktor: "Masdar" Azərbaycanı əsas strateji tərəfdaş kimi görür"

image

“Masdar" Azərbaycanı əsas strateji tərəfdaş kimi görür və biz onun təmiz enerji səyahətində dəstəkləməkdən qürur duyuruq.

"Renewables.az" şirkətin rəsmi saytına istinadən xəbər verir ki, bunu baş icraçı direktor Məhəmməd Cəmil əl-Ramahi SOCAR-la sazişlərin imzalanma mərasimində deyib.

BƏƏ-nin Sənaye və Yüksək Texnologiyalar naziri, COP28-in təyinatlı Prezidenti və "Masdar"ın sədri Sultan Əhməd Əl Cabir imzalanmış sazişlərin Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında onsuz da güclü olan əlaqələri daha da gücləndirməyə xidmət edəcəyini bildirib.

Xatırladaq ki, "Masdar" Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə 2 QVt gücündə Dənizdə Külək və Hidrogen Layihələrinin işlənməsinə dair Birgə İşlənmə Sazişi, həmçinin 1 QVt gücündə Günəş Fotovoltaik və 1 QVt gücündə Quruda Külək Layihələrinin işlənməsinə dair Birgə İşlənmə Sazişi imzalayıb. Sazişləri Əbu-Dabi Dayanıqlılıq Həftəsi çərçivəsində "Masdar" şirkətinin baş icraçı direktoru Məhəmməd Cəmil əl-Ramahi və SOCAR-ın prezidenti Rövşən Nəcəf imzalayıblar.

Qeyd edək ki, "Masdar"la Energetika Nazirliyi arasında ümumi gücü 10 QVt olan bərpa olunan enerji layihələri üzrə müqavilələr imzalanıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *