Belçika şirkətləri bərpa olunan enerji, su elektrik stansiyaları və s. üzrə layihələrdə əməkdaşlıqda maraqlıdır

image

"Kəlbəcərə, bu ərazidə aparılan bərpa və tikinti işlərinin sürətinə heyran oldum".

"Berpaolunanenerji.az" xəbər verir ki, bunu “Report”a Belçikanın Azərbaycandakı səfiri Mişel Pitersman Kəlbəcərə səfər çərçivəsində bildirib.

“Şəkillərdə və xəritədə hər şey fərqli görünür, reallıqda isə bu dağlar və landşaft tam fərqli təəssürat oyadır”, - səfir deyib.

Diplomat bir sıra Belçika şirkətlərinin energetika, bərpa olunan enerji, su elektrik stansiyaları və s. üzrə layihələrdə Azərbaycan ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *