“Bərpa olunan enerji” İşçi Qrupunun iclası keçirilib

image

Naxçıvanda Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu çərçivəsində “Bərpa olunan enerji” İşçi Qrupunun iclası keçirilib.

Renewables.az bu barədə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinə istinadən xəbər verir.

Görüş zamanı ötən dövr ərzində İşçi Qrupunun fəaliyyətləri, Naxçıvan şəhərinin bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi və yaşıl enerjiyə keçidinin təmin olunması, şəhərsalmada yaşıl texnologiyaların tətbiqi, Qarabağ regionunda kiçik su elektrik stansiyalarının quraşdırılması üzrə görülmüş işlər və planlaşdırılan layihələr və Xəzər dənizində tikintisi planlaşdırılan dənizdə külək elektrik stansiyaları ilə bağlı məsələlər müzakirə edilib.

Həmçinin, günəş və külək enerjisi sektorunda son yeniliklər, hidrogen enerjisinin tətbiqi istiqamətində görülmüş işlərə dair məlumat mübadiləsi aparılıb, əməkdaşlıq imkanları nəzərdən keçirilib. Görüşün sonunda müvafiq istiqamətlər üzrə fəaliyyətin davam etdirilməsi qərara alınıb.

İclasda Energetika Nazirliyi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və “Azərenerji” ASC nümayəndələri, Türkiyə tərəfindən isə Energetika və Təbii Sərvətlər Nazirliyi ilə bərpa olunan enerjidən istifadə sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının əməkdaşları iştirak edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *