Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) nümayəndə heyətinin Almaniyaya səfəri zamanı bu ölkənin Xarici İşlər Nazirliyinin (XİN) Enerji diplomatiyası, ətraf mühit və təhlükəsizlik üzrə komissarı Markus Hiken və Hidrogen diplomatiyasi, enerji üzrə xarici siyasət və dekarbonizasiya bölməsinin rəhbəri Holger Klitzing ilə görüş keçirib.
Renewables.az bu barədə AREA-ya istinadən xəbər verir.
AREA-nın direktor müavini Kamran Hüseynov Azərbaycanda bərpa olunan enerji mənbələri üzrə mövcud və gələcək layihələr, investorların cəlbi istiqamətində görülmüş işlər, yaşıl enerjinin ixracı imkanları, hidrogen ilə bağlı araşdırmanın nəticələri haqqında məlumat verib.
Görüşdə Almaniya XİN-nin nümayəndələri enerji üzrə geosiyasət, enerjinin təchizat təhlükəsizliyi baxımından Avropa enerji bazarlarında mövcud vəziyyət və hidrogenin enerji keçidi istiqamətində rolu mövzularında məlumat verib.
Rəylər (0):