150 kVt-dan yuxarı elektrik qurğularının istismara buraxılış aktının verilməsinə görə dövlət rüsumu tutulacaq.
"Berpaolunanenerji.az" xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Elektrik enerjisindən istifadə Qaydaları”na müvafiq dəyişiklik edib.
Dövlət rüsumunun məbləği “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilir.
Bundan əlavə, müstəqil enerji istehsalçısının bərpa olunan enerji mənbələri üzrə elektrik qurğularının şəbəkəyə qoşulmasına dair texniki şərtlər müstəqil enerji istehsalçısı ilə dövlət elektroenergetika müəssisəsi və ya enerji təchizatı müəssisəsi arasında bağlanılmış şəbəkəyə qoşulma müqaviləsi ilə müəyyən olunacaq və bu zaman şəbəkəyə qoşulma həmin müqavilənin tələblərinə uyğun həyata keçiriləcək.
Rəylər (0):