Bərpa olunan enerji sahəsi üzrə normativ aktların hazırlanması davam etdirilir

image

Ötən il ərzində Energetika Nazirliyi və tabeliyindəki qurumlar tərəfindən bir sıra normativ aktların hazırlanması davam etdirilib.

"Renewables.az" xəbər verir ki, bu barədə Energetika Nazirliyi və tabeliyindəki qurumlar tərəfindən 2022-ci ildə görülmüş işlərə dair hesabatında bildirilir.

Hesabata əsasən, Azərbaycanın bərpa olunan enerji sahəsində investisiya mühitinin rəqabətliliyinin artırılması, bu sahəyə davamlı investisiyaların təşviq edilməsi, layihələrin həyata keçirilməsi və icrasının əlaqələndirilməsi məqsədilə ölkə başçısının 2019-cu il 5 dekabr tarixli 1673 nömrəli Sərəncamı ilə yaradılmış Komissiyanın fəaliyyət sahəsinin genişləndirilməsi zərurəti ilə əlaqədar hazırlanmış “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 dekabr tarixli 1673 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı layihəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim olunub. Müvafiq sənəd Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3383 nömrəli Sərəncamı ilə təsdiq edilib.

Qoyuluş gücü 230 MVt olan “Qaradağ” Günəş Elektrik Stansiyasının tikintisi ilə bağlı pilot layihənin icrası ilə əlaqədar stansiyanın tikiləcəyi torpaqlara görə icarə haqqı və torpaq vergisi ilə bağlı investorun üzləşdiyi çətinliyin aradan qaldırılmasının təmin edilməsi məqsədilə “Qoyuluş gücü 230 MVt olan günəş elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 aprel tarixli 2561 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı layihəsi və “Qoyuluş gücü 230 MVt olan günəş elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 aprel tarixli 2561 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 5 aprel tarixli 218s nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı layihəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim olunub.

“Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 339-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 iyul tarixli 1387 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 17 iyul tarixli 447s nömrəli Sərəncamının 2.1-ci bəndinin icrası məqsədilə hazırlanmış “Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı layihəsi aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim edilib. Həmin Sərəncamın 2.2-ci bəndinin icrasının təmin edilməsi məqsədilə hazırlanmış “Aktiv istehlakçılar tərəfindən bərpa olunan enerji mənbələri hesabına istehsal edilən elektrik enerjisinin güc həddinin müəyyən edilməsi və “Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı layihəsi və uyğunlaşdırılması tələb olunan normativ hüquqi akt layihəsi aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim edilib. Həmin Sərəncamın 2.3-cü bəndinin icrası məqsədilə hazırlanmış “Bərpa olunan enerji mənbələri üzrə informasiya sistemi”nin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı layihəsi aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim edilib. Həmin Sərəncamın 2.4-cü bəndinin icrasının təmin edilməsi məqsədilə hazırlanmış “Bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikatın verilməsi qaydası və forması”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı layihəsi aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim edilib.

Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının bərpa olunan enerji mənbələri (külək və günəş) üzrə qoyuluş gücü 100 MVt və daha çox olan elektrik stansiyalarının tikintisi və istismarı fəaliyyəti ilə məşğul olan investorlar üçün icarə müqaviləsinin qüvvədə olduğu müddətdə hesablanmaması məqsədilə hazırlanmış “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 23 dekabr tarixli 226 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı layihəsi Nazirlər Kabinetinə təqdim olunub. Adıçəkilən dəyişiklik layihəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 8 dekabr tarixli 437 nömrəli Qərarı ilə təsdiq edilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *