Bərpa olunan enerji üçün tikintiyə və istismara verilən torpaqlara görə icarə haqqı ləğv edilib

image

Nazirlər Kabineti “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddinin müəyyən edilməsi barədə” 23 dekabr 2000-ci il tarixli qərarında dəyişiklik edib.

“Berpaolunanenerji.az” xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, enerji mənbələri (külək və günəş) üzrə qoyuluş gücü 100 MVt və daha çox olan elektrik stansiyalarının tikintisi və istismarı ilə əlaqədar investorların icarəsinə verilən dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı 0 əmsalı tətbiq edilməklə hesablanacaq.

Qərar 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *