2030-cu ilə qədər 30 faiz bərpaolunan qoyuluş gücünə çatmaq üçün 1 500 MVt əlavə bərpaolunan güc quraşdırılmalıdır.
“Berpaolunanenerji.az” xəbər verir ki, bunu Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayev “Yaşıl enerjidən istifadənin genişləndirilməsi” mövzusunda onlayn seminar zamanı təqdimatla çıxışında bildirib.
Direktor: “Bunun üçün illər üzrə hədəflər də müəyyən edilib. Bu hədəflər 2020-2022-ci illərdə 440 MVt, 2023-2025-ci illərdə 460 MVt, 2026-2030-cu illərdə 600 MVt-dır”.
Agentliyin direktoru hazırda 2025-ci ilə qədər 900 MVt hədəfi üzərində intensiv işlərin aparıldığını deyib: “Artıq bunun demək olar ki, 700 MVt-ı üzərində müzakirələr gedir, investisiya müqavilələri bağlanıb”.
Rəylər (0):