Bioenerjinin istifadəsinə dair hazırlanmış Texniki Tapşırıq sənədi müzakirə olunub

image

Energetika Nazirliyinin müvafiq əmri ilə yaradılmış “Bioenerjidən istifadə imkanlarının genişləndirilməsi” üzrə İşçi qrupun ikinci iclası keçirilib.

Renewables.az Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinə (AREA) istinadla xəbər verir ki, iclası giriş sözü ilə açan AREA-nın direktor müavini, İşçi qrupun rəhbəri Kamran Hüseynov ölkəmizin bioenerji potensialı barədə məlumat verib, “2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planında bioenerjidən istifadə imkanlarının genişləndirilməsinin qeyd edildiyini və bu istiqamətdə İşçi qrupun yaradılmasının əhəmiyyətini vurğulayaraq qarşıda duran əsas tapşırıqlar barədə danışıb.

İclas zamanı bioenerjinin istifadəsinə dair səmərəli hesab olunan əsas istiqamətlər üzrə pilot layihələrin reallaşdırılması məqsədilə texniki-iqtisadi əsaslandırma sənədlərinin hazırlanması üçün AREA tərəfindən hazırlanmış Texniki Tapşırıq sənədi müzakirə olunub. İşçi qrupun nümayəndələri tərəfindən müvafiq xəritələrin hazırlanması, normativ-hüquqi bazanın yaradılması, ölçmə metodikası, icazələrin alınmasına dair qaydaların hazırlanması və digər məsələlər barədə görülmüş işlərə dair müzakirələr aparılıb.

İclasda Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı və İqtisadiyyat nazirlikləri, "Azərsu" və "Azərişıq" ASC, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri iştirak ediblər.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *