2023-cü ilin yanvar-iyun aylarında ölkədə elektrik enerjisi istehsalı 13 milyard 54,7 milyon kVt-saat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz çoxdur.
Renewables.az bu barədə Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir.
Cari ilin birinci yarımilində əmtəəlik elektrik enerjisi istehsalı 12 milyard 609,3 milyon kVt-saat təşkil edib və bu da 2,8 faiz çoxdur.
Hesabat dövründə su elektrik stansiyalarının enerji istehsalı 873,5 milyon kVt-saat (8,6 faiz az), külək elektrik stansiyalarının enerji istehsalı 31,5 milyon kVt-saat (83,1 faiz çox), günəş elektrik stansiyalarının enerji istehsalı 32 milyon kVt-saat (5,3 faiz çox) təşkil edib.
Rəylər (0):