Bu gün Azərbaycan Gürcüstan, Türkiyə və Avropadakı tərəfdaşları üçün etibarlı və sabit təbii qaz təchizatçısıdır. Azərbaycandan başlayan Cənub Qaz Dəhlizi mühüm nailiyyəti əks etdirir. Bu dəhlizin genişlənməsi Avropaya qaz təchizatının şaxələndirilməsini dəstəkləyəcək. Biz kömürdən imtina edərək təmiz enerjiyə keçərkən təbii qaz həlledici rol oynamaqda davam edəcək.
"Berpaolunanenerji.az"ın məlumatına görə, bu sözləri Böyük Britaniyanın biznes, enerji və təmiz inkişaf üzrə dövlət naziri Qreqori Uilyam Hends 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi zamanı videomüraciətində söyləyib.
“Birləşmiş Krallıq, həmçinin təmiz enerjiyə keçidlə bağlı Azərbaycanın öhdəliyini alqışlayır. Sıfır karbon kursunun üstünlüklərindən biri onun enerji təhlükəsizliyi ilə uyğunluğudur. Neft və qazın qiymətlərinin qalxması təmiz enerjiyə investisiya yatırılmasını daha da əsaslandırır”, - deyə britaniyalı nazir qeyd edib.
Qreqori Uilyam Hends deyib ki, son 30 ildə Azərbaycanın yaxın tərəfdaşı olmuş Birləşmiş Krallığın BP kimi şirkətləri 2050-ci ilədək sıfır karbon tullantılarına nail olmaq üçün iddialı planlar qəbul edib. Azərbaycan kimi ölkələrin sıfır karbon tullantılarını təşviq edən ölkə olmaq üçün yüksək potensialı var.
Rəylər (0):