BMT BA-nın sessiyasının prezidenti: "Yaşıl enerji transformasiyasında aparıcı ölkəyə səfər etməkdən şadam"

image

BMT Baş Assambleyasının (BA) 77-ci sessiyasının prezidenti Tsaba Körösi Bakıya səfərə gəlib.

“Renewables.az” xəbər verir ki, bu barədə macarıstanlı diplomat tviterdə bildirib.

“Bakıda energetika naziri Pərviz Şahbazov və Azərbaycanın BMT-dəki nümayəndəsi Yaşar Əliyev tərəfindən isti qarşılandım. Azərbaycanın faktlara, məlumatlara və elmə əsaslanan ağıllı enerji keçidindən çox təsirləndim. Yaşıl enerji transformasiyasında aparıcı ölkəyə səfər etməkdən şadam”, - T. Körösi bildirib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *