Böyük Britaniya Azərbaycanla bərpa olunan enerjidən istifadə təcrübəsini bölüşməyə hazırdır

image

Böyük Britaniya böyük potensialdan istifadə təcrübəsini bölüşməyə hazırdır. 

"Renewables.az" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi tviter hesabında paylaşım edib.

"Od enerji və Günəşi simvolizə edir. Günəş enerjisi yer üzərində ən zəngin günəş enerjisi mənbəyidir və yeni elektrik istehsalının ən sürətli və ən məşhur formasıdır. Azərbaycanın çox yüksək bərpa olunan enerji potensialı var və onun 23 QVt-ı günəş enerjisindəndir. Biz Azərbaycanın bərpa olunan enerji mənbələrinin inkişafı üzrə səylərini fəal şəkildə dəstəkləyirik. Onun əsas enerji tərəfdaşı kimi biz, Azərbaycana təmiz enerji sektorunun yaradılmasına kömək etməyə davam edəcəyik", - paylaşımda bildirilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *