bp Azərbaycanda bərpa olunan enerji sahəsini genişləndirməyi planlaşdırır

image

Bilirəm ki, bp artıq Azərbaycanda bərpa olunan enerji sahəsini genişləndirməyi planlaşdırır, şirkət Cəbrayılda 240 meqavat gücündə günəş elektrik stansiyasının tikintisini nəzərdən keçirir.

"Renewables.az"ın məlumatına görə, bunu Böyük Britaniyanın enerji təhlükəsizliyi və iqlim məsələləri üzrə regional səfiri Devid Moran “Report”a eksklüziv müsahibəsində deyib.

Enerji təhlükəsizliyi və iqlim məsələləri üzrə səfir bildirib ki, Böyük Britaniya hökuməti həmçinin Azərbaycanın dəniz külək enerjisi yol xəritəsinin maliyyələşdirilməsinə kömək edir: "Keçən il energetika naziriniz Pərviz Şahbazov Şimal dənizində dünyanın ən böyük dəniz külək stansiyasında olub, biz bərpa olunan enerji sahəsində təcrübəmizi bölüşməyə hazırıq. Bu da Azərbaycanın bu sahədə nəhəng potensialını reallaşdırmağa kömək edərdi".


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *