BP Azərbaycanda yeni bərpaolunan enerji layihələrinin həyata keçirilməsində maraqlıdır

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də BP şirkətinin İdarə Heyətinin sədri Helqe Landı qəbul edib.

Renewables.az Azərbaycan Prezidentinin rəsmi saytına istinadla xəbər verir ki, görüşdə BP şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel və 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasında iştirak edən şirkətin sabiq baş icraçı direktoru Lord Con Filip Braun iştirak ediblər.

Söhbət zamanı BP şirkətinin Azərbaycanda neft-qaz və enerji sahələrində gələcək layihələrdə də maraqlı olduğu vurğulanıb, yeni sərmayə qoyuluşu imkanları müzakirə edilib.

Qlobal enerji keçidi nəzərə alınaraq, BP-nin Azərbaycanda olan tərəfdaşlarla, o cümlədən SOCAR ilə əməkdaşlıqda, yeni bərpaolunan enerji layihələrinin həyata keçirilməsində maraqlı və qətiyyətli olduğu bir daha diqqətə çatdırılıb.

Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonda Lord Con Filip Braun Ulu Öndərlə olan xatirə fotosunu dövlətimizin başçısına təqdim edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *