Britaniya səfiri: "Azərbaycanda “yaşıl enerji” sektorunu dəstəkləməkdə maraqlıyıq"

image

Böyük Britaniya Azərbaycanda “yaşıl enerji” sektorunun inkişafına dəstək verməkdə maraqlıdır.

"Berpaolunanenerji.az" xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Bakı Enerji Həftəsi çərçivəsində keçirilən görüşdə deyilib.

Onun sözlərinə görə, ölkəsi bərpa edilən enerji sektorunda təcrübəsini Azərbaycanla bölüşür: "Hər iki ölkə arasında "Hökumətdən hökumətə enerji keçidləri" ilə bağlı müqavilələr imzalanıb. Həmçinin, bərpa edilən enerji sektoru ilə bağlı seminarlar, vebinarlar təşkil etmişik. Bərpa edilən enerjinin elektrik şəbəkəsinə ötürülməsi ilə bağlı təcrübəmizi Azərbaycanla bölüşürük".

Səfir əlavə edib ki, Xəzər dənizində külək enerjisi üçün böyük potensial mövcuddur:" Azərbaycanda bu işlərimizi davam etdirməyə hazırıq".


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *