Bu gündən KES və GES üçün tikintiyə və istismara verilən torpaqlara görə icarə haqqı ləğv edilib

image

Bu gündən Nazirlər Kabinetinin “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddinin müəyyən edilməsi barədə” 23 dekabr 2000-ci il tarixli qərarında dəyişikliyinə əsasən, enerji mənbələri (külək və günəş) üzrə qoyuluş gücü 100 MVt və daha çox olan elektrik stansiyalarının tikintisi və istismarı ilə əlaqədar investorların icarəsinə verilən dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı 0 əmsalı tətbiq edilməklə hesablanacaq.

“Renewables.az” xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədovun 2022-ci il 9 dekabr tarixind' imzaladığı yeni qərarda bildirilir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *