Budapeştdə Azərbaycan Respublikası Hökuməti və Macarıstan Hökuməti arasında keçirilən Enerji üzrə İşçi Qrupunun 3-cü iclasında Azərbaycanın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) və Macarıstanın Enerji və Kommunal xidmətlər üzrə Tənzimləmə Qurumu (MEKH) arasında əməkdaşlıq əlaqələri çərçivəsində həyata keçirilən tədbirlər müzakirə edilib.
"Renewables.az" xəbər verir ki, bu barədə AERA məlumat yayıb.
İclasda təqdimatla çıxış edən AERA-nın İqtisadi təhlil, tarif və statistika şöbəsinin Tarif sektorunun müdiri Şahin Məhərrəmli Macarıstanın enerji tənzimləyici qurumu MEKH ilə əməkdaşlığa dair imzalanan Anlaşma Memorandumu çərçivəsində icra edilən tədbirləri görüş iştirakçıların diqqətinə çatdırıb.
İclasda, həmçinin Avropa İttifaqı ilə imzalanmış Memorandum çərçivəsində Azərbaycanın Avropanın enerji təchizatına gələcək töhfəsi, Macarıstanın yaşıl enerji üzrə inkişaf planı və enerji səmərəliliyi sahəsində təcrübəsinə dair təqdimatlar edilib, çıxışlar dinlənilib.
Rəylər (0):