“Azərbaycan bərpa olunan enerji mənbələri sahəsində nəhəng potensiala malikdir”.
"Berpaolunanenerji.az"ın xəbərinə görə, bunu “Report”a Almaniyanın “German Energy Storage Association - BVES” şirkətinin icraçı direktoru Urban Vendelin bildirib.
“Hələlik Azərbaycan enerji keçidinin erkən mərhələsindədir, lakin ölkə bərpa olunan enerji mənbələri sahəsində nəhəng potensiala malikdir”, - o deyib.
O vurğulayıb ki, iyunun 21-i Bakıda keçirilmiş və “Azərbaycanda Bərpa Olunan Enerji” mövzusuna həsr olunmuş Alman-Azərbaycan Davamlılıq Forumu görüşlər keçirmək və müvafiq müzakirələr aparmaq üçün əla imkandır. “Biz bir sıra şirkətlərlə müzakirələrə başlamışıq və ola bilər ki, bu, yeni əməkdaşlıqlar üçün başlanğıc nöqtəsidir”.
Rəylər (0):