Avropa Enerji Tənzimləyiciləri Şurasının (CEER) nümayəndələri EU4Energy Proqramının II mərhələsi – "Şərq Tərəfdaşlığı Ölkələrində Təmiz Enerjiyə Keçidinin Təşviqi" çərçivəsində Azərbaycanda olublar.
"Renewables.az" xəbər verir ki, bu barədə CEER məlumat yayıb.
CEER nümayəndələri ilə Azərbaycanın Energetika Nazirliyi, Xarici İşlər Nazirliyi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (AREA), Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA), “Azəristiliktəchizat” ASC və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi ilə elektrik enerjisi, bərpa olunan enerji və digər istiqamətlər üzrə cari və layihələr üzrə müzakirələr aparılıb.
Qeyd edək ki, “EU4Energy” proqramı Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və Avropa Enerji Tənzimləyici Şurası (CEER), Beynəlxalq Enerji Agentliyi (IEA) və Enerji İcması Katibliyi (EnCS) tərəfindən birgə icra edilir.
Rəylər (0):