Çexiya nümayəndələri bərpa olunan enerjinin tarif mexanizmləri ilə bağlı təcrübələrini bölüşüb

image

Azərbaycanın enerji tənzimləyici qurumu beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində görüşlərini davam etdirir.

Renewables.az Azərbaycanın Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (AERA) istinadən xəbər verir ki, enerji məsələlərini tənzimləmə sahəsində beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə Çexiyanın Enerji Tənzimləmə Qurumunun (ERO) nümayəndələri ilə növbəti görüş keçirilib.

Görüşdə ERO-nun nümayəndələri bərpa olunan enerji mənbələri üçün mövcud tarif mexanizmləri, elektrik enerjisinin idxalı və ixracı, həmçinin elektrik enerjisinin saxlanması və tənzimləmə mexanizmləri ilə bağlı təcrübələrini AERA-nın mütəxəssisləri ilə bölüşüblər.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *