İyunda Çexiya şirkətləri Azərbaycana gələcəklər. Bu nümayəndə heyətinə təkcə neft və qaz şirkətləri daxil olmayacaq, eyni zamanda bərpa olunan enerji sahəsinə aid olan, innovativ şirkətlərin də daxil olması gözlənilir.
"Berpaolunanenerji.az" xəbər verir ki, bunu "Report"a müsahibəsində Çex Respublikasının Ticarət Agentliyinin Azərbaycan ofisinin direktoru Levon Bokeria bildirib.
"Onlar təkcə neft və qaz sektoru üzrə təchizatçı deyilər, həm də "yaşıl" enerji sahəsi üzrə innovatorlardır, bu isə yüksək texnologiyalara, innovativ metodlara əsaslanan enerji sahəsidir ki, Azərbaycan üçün maraq kəsb edən mövzudur. Çexiya şirkətləri bu mövzuda unikaldılar", - deyə o qeyd edib.
Rəylər (0):