Conatan Elkind: “Azərbaycan zəngin bərpa olunan enerji resurslarına malikdir”

image

“Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində zəngin resursları var”.

"Renewables.az" “Report”a istinadən xəbər verir ki, bunu Kolumbiya Universitetinin Qlobal Enerji Siyasəti Mərkəzinin baş elmi işçisi Conatan Elkind jurnalistlər üçün keçirilən dəyirmi masada deyib.

Onun sözlərinə görə, Azərbaycanda xüsusilə günəş və külək enerjisinin inkişafı üçün çox böyük potensial var: “Azərbaycan, Gürcüstan və digər ölkələr arasında bərpa olunan enerji sahəsində əlaqələrin qurulması konkret ölkənin spesifik hava şəraitindən asılı olmayaraq, daimi və fasiləsiz enerji təchizatını təmin edəcək. Bu, Azərbaycan və bütün region üçün çox perspektivlidir və investorları da cəlb edə bilər”.

O, Azərbaycanın bərpa olunan enerjiyə keçidlə bağlı niyyətlərinin vacibliyini də qeyd edib: “Bu, digər məsələlərlə yanaşı, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə apardığının göstəricisidir”.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *