David Narmaniya: Biz Azərbaycanla bərpaolunan enerji sahəsində əməkdaşlığı genişləndirmək niyyətindəyik

image

Tbilisidə “Bərpaolunan enerji mənbələrinin layihələndirilməsi, bu sahəyə investisiyaların cəlb edilməsi və inkişafına həsr olunmuş beynəlxalq konfransda Azərbaycanın iştirakı bizim üçün mühüm əhəmiyyət kəsb edir”.

"Berpaolunanenerji.az" xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstan Enerji və Su Təchizatı Tənzimləmə Komissiyasının sədri David Narmaniya söyləyib.

Onun sözlərinə görə, konfransda Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova və Ermənistanda bərpa olunan enerji mənbələrinin maliyyələşdirilməsi, inkişafı ilə bağlı layihələr, eləcə də Avropa institutlarının bu sahə ilə əlaqədar tövsiyələri və onların dəstəyi məsələləri müzakirə olunur.

Ölkəmizin də bərpaolunan enerji mənbələrinin layihələndirilməsi, maliyyələşdiriıməsi və inkişafı sahəsində zəngin təcrübəsi olduğunu qeyd edən D.Narmaniya Azərbaycan nümayəndə heyətinin üzvləri konfrans çərçivəsində mühüm prezentasiyalarla çıxış edəcəklərini bildirib.

“Bu, digər iştirakçı ölkələr üçün də maraqlı ola bilər. Onlar bu təcrübədən bəhrələnə bilərlər. Gürcüstan ilə Azərbaycan arasında bütün sahələrdə səmərəli əməkdaşlıq mövcuddur. Biz Azərbaycanla bərpaolunan enerji sahəsində əməkdaşlığı genişləndirmək niyyətindəyik” – deyə, D.Narmaniya vurğulayıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *