Əlavə olaraq biz anlaşma memorandumlarını imzalamışıq və bütövlükdə imzalanmış anlaşma memorandumları və müqavilələrin həcm səviyyəsi 25 qiqavatdır. “ACWA Power”, “Masdar”, BP və “Fortescue” resursları. Beləliklə, bu şirkətlərlə 25 qiqavat həcmində anlaşma memorandumları o deməkdir ki, bu layihələr icra olunacaq.
"Renewables.az" Azərbaycan Prezidentinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə deyib.
"Çünki bunlar ciddi şirkətlərdir və biz də ciddi ölkəyik. Bu şirkətlərlə anlaşma memorandumları imzalamaqla biz tamamilə əminik ki, onlar icra olunacaq. Buna görə potensial buradadır, dediyim kimi, 200 qiqavata yaxın. Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən təsdiqlənmiş 157 qiqavat enerji dənizdədir, qalanı isə qurudadır və hələ hidrogeni demirəm. Beləliklə, biz həqiqətən də Avropa üçün vacib yaşıl enerji təchizatçısına çevriləcəyik və neft-qaz kəmərlərinin tikintisi üzrə uğurlu təcrübəmizi nəzərə alaraq, enerji təhlükəsizliyi üzrə Avropadan olan ölkələr və şirkətlərlə mövcud əməkdaşlığımız, Avropa Komissiyası tərəfindən bizim planların tamamilə dəstəklənməsi, bir ildən çox müddətdən əvvəl Avropa Komissiyası və bizim Energetika Nazirliyi arasında başlanılmış enerji dialoqu kimi bütün bu amillər həqiqətən onu nümayiş etdirir ki, Azərbaycandan olan yaşıl enerji tezliklə bu gün təbii qaz qədər əhəmiyyətə malik olacaqdır", - Prezident İlham Əliyev deyib.
Rəylər (0):