Dövlət başçısı: "Qara dənizin dibi ilə ötürmənin birinci mərhələsində 4 qiqavatlıq güc nəzərdə tutulur"

image

Ötən ilin dekabrında Buxarestdə Azərbaycandan Avropaya yaşıl enerjinin ötürülməsi üçün Qara dənizin dibi ilə kabelin çəkilməsi məqsədilə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında saziş imzalanıb. Cari ilin fevralında bu layihənin idarəetmə komitəsinin ilk iclası həmin ölkələrin nazirlərinin və Avropa Komissiyasının enerji üzrə komissarının iştirakı ilə Bakıda keçirilib.

"Renewables.az" Azərbaycan Prezidentinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə deyib.

Prezident deyib: "Birinci görüşdə biz onun vahid layihə olacağı üzərində razılığa gəldik. O, Cənub Qaz Dəhlizindən fərqlənəcək, çünki orada Cənub Qafqaz Boru Kəməri, TANAP və TAP var. Bu, Xəzər dənizində külək enerjisi stansiyalarından başlayan və Avropa istehlakçılarına xidmət edən vahid layihə olacaqdır. Qara dənizin dibi ilə ötürmənin birinci mərhələsində 4 qiqavatlıq güc nəzərdə tutulur. Lakin bunun üçün biz ötürmə xətlərini genişləndirməliyik. Yoxsa, bu, tamamilə mənasız olardı. Bundan əlavə, bir azdan sonra mən sizə artıq imzaladığımız planlarımız, müqavilələrimiz və anlaşma memorandumları barədə məlumat verəcəyəm. Hesab edirik ki, 4 qiqavat yalnız başlanğıcdır. Avropadakı tələbatı, o cümlədən Almaniyadakı tələbatı bilirik. Düşünürəm ki, rəqəmlər onlarla qiqavat təşkil edir və tələbat yalnız artacaq. Buna görə, bizdə bu imkan var və biz sadəcə bütün sxemləri yığmalıyıq".


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *